Modern.az

Vitse-spiker: “Xoşbəxtliyimizin nədən ibarət olduğunu belə tam anlamırdıq"

Vitse-spiker: “Xoşbəxtliyimizin nədən ibarət olduğunu belə tam anlamırdıq"

29 May 2014, 14:44

1950-ci ildən etibarən 1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi və ya Uşaqlar Günü kimi qeyd olunur. Modern.az xəbər verir ki, bunu mayın 29-da Milli Məclisdə (MM) bu tarixə həsr olunmuş “Azərbaycanda uşaq problemləri: reallıqlar və perspektivlər” mövzusunda dinləmələrdə çıxışı zamanı parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, 50-ci illərdə cəmi 51 ölkə bu günü rəsmi səviyyədə qeyd edirdisə, artıq bu gün dünyanın əksər dövlətləri onu rəsmi səviyyədə qeyd edirlər. Sonra Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində zəruri addımların atıldığını qeyd edən komitə sədri, ölkəmizin müstəqilliyinin elə birinci ilində Azərbaycanın BMT-nin uşaq hüquqları ilə bağlı Konvensiyasına qoşulduğunu xatırladıb.

H. Rəcəblinin sözlərinə görə, müstəqilliyinin cəmi 23 ili ərzində Azərbaycan, onun ali qanun veruici orqanı olan Milli Məclis uşaq hüquqlarının müdafiəsi ilə birbaşa bağlı olan 22 qanun qəbul edib, bu yöndə eks-prezident Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən 45 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən isə 220 direktiv sənəd qəbul olunub.

Sonra çıxış edən MM sədrinin müavini Bahar Muradova qeyd edib ki, bütün dövlətlərin, cəmiyyətlərin öz gələcəklərini yaxşı qurması, milli genefondunu, özlərinin gələcəyi hesab etdikləri yeni nəsli, uşaqları qoruması üçün fiziki və əqli cəhətdən yetkin, sağlam, mənəvi cəhətdən bütöv şəxsiyyətlər yetişdirməsi başlıca vacib amillərdəndir. Onun dediyinə, bunlarsız həmin dövlətlərin və cəmiyyətlərin düzgün istiqamətdə getməsi mümkün deyil. “Bura gələrgən uşaqların rəsm sərgisi ilə qarşılaşdım və bir anlığa uşaqlıq illərimizi, həmçinin, o zaman nə böyük ümidlərlə gələcəyə baxdığımızı, ancaq gələcəyimizi yaxşı qurmaq üçün imkanlarımızın nə qədər məhdud olduğunu xatırladım. Yaşadığımız sovetlər dövründə yetişməkdə olan nəsillərin, uşaqların, yeniyetmələrin yaxşı gələcəklərinin təmin olunması ilə bağlı sanki çoxlu nağıllar, əfsanələr səslənirdi, ancaq əsl reallıq bunun əksini söyləyirdi, bu yöndə görülən işlər çox az idi. Biz hətta, o zaman xoşbətliyimizin, yaxud, bədbəxtliyimizin nədən ibarət olduğunu belə tam, düzgün anlamırdıq. Ancaq indi şükürlər olsun ki, müstəqil Azərbaycanda yaşayırıq və ötən 23 il ərzində də uşaqların, yeniyetmələrin öz gələcək həyatlarını daha gözəl təmin etməsi ilə bağlı zəruru addımlar atılıb, bunun əsasları yaradılıb”. UNİCEF-in Azərbaycandaklı nümayəndəsi Mark Herevardın qeyd etdiyinə görə, 1992-ci ildə Azərbaycan Uşaq hüquqları ilə bağlı Konvensiyanı imzalamaqla bəyan etmiş oldu ki, o, uşaqların, xüsusilə, qayğıya ehtiyacı olan uşaqların qayğısına qalmaqda maraqlıdır.

“Həmin vaxtdan bu günə kim Azərbaycanda bu istiqamətdə xeyli addımlar atılıb, bir sıra qanunlar qəbul olunub. Ancaq hesab edirik ki, bu istiqamətdə növbəti addımların atılmasına ehtiyac var. Məsələn, 2012-ci ildən bu yana yeniyetmələrlə bağlı qanun layihəsi parlamentdədir və hesab edirik ki, parlamentin cari sessiyasında bu qanun müzakirələrə çıxarılaraq, qəbul olunmalıdır. Biz eyni zamanda, bir müddət təcridxana həyatı yaşayan və sonra azadlığı çıxan uşaqların cəmiyətə daha düzgün adaptasiyasının yollarını axtramalıyıq. Həmçinin, küçə həyatı sürən, kücədə yaşayan uşaqların huquqlarının təmin olunmasının yollarını birgə axtarıb tapmalıyıq”, – deyə o bildirib.

MM-in İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə öz növbəsində bu cür tədbirlərin artıq ənənəvi xarakter aldığını bildərək qeyd edib ki, bu, həm də millət vəkillərinin cəmiyyət qarşısında hesabatı sayıla bilər. Komitə sədri daha sonra uşaq hüquqlarının müdafiəsi istiqamətində Azərbaycann 2000-ci ildə Minilliyin Sammitində daha iki mühüm Protokola - uşaqların müharibəyə cəlb olunmasının və uşaq alverinin qarşısının alınması ilə bağlı sənədə imza atdığını bildirib və əlavə edib ki, gün o gün olsun ki, uşaqların beynindən müharibə sözü ümumiyyətlə, birdəfəlik çıxsın.

 

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu