Modern.az

İlham Əliyev Avrasiya İttifaqı ilə bağlı Nazarbayevə məktub göndərib

İlham Əliyev Avrasiya İttifaqı ilə bağlı Nazarbayevə məktub göndərib

29 May 2014, 14:46

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstanın dövlət başçısı Nursulutan Nazarbayevə məktub göndərib. Modern.az saytı xəbər verir ki, bu barədə qazax lideri bu gün Astanada keçirilən Avrasiya İttifaqının samitində bəyan edib. İ. Əliyev Ermənistanın Avrasiya İqtisadi Birliynə üzvlüyü zamanı beynəlxaq təşkilatların tanıdığı sərhəd məsələsinə diqqət yetirməyə çağırıb.

“Azərbaycan hesab edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına Beynəlxalq Ticarət Təşkilatına üzv olduğu sərhədlər daxilində qəbul olunmalıdır”-deyə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astana keçirlən iclasda çıxış edrəkən deyib. Onun sözlərinə görə Azərbaycan prezidenti Gömrük İttifaqı rəhbərliyinə göndərdiyi məktubunda Ermənistanın Beynəlxalq Ticarət Təşkilatına üzv olarkən yalnız BMT tərəfindən tanınan sərhədləri daxilində üzv olacağını qeyd edib.

“Bu məsələ müzakirə üçündür”-deyə Qazaxıstan prezidenti əlavə edib.

Xatırladaq ki, 2003-cü ildə Beynəlxalq Ticarət Təşkilatının 145-ci üzvü olan Ermənistan iyunun 15-nə qədər Avrasiya İttifaqına üzv qəbul olunması üçün müraciət edib.

Qeyd edək ki, bu gün Astanada keçirilən iclasda Ermənistanın quruma qəbulu ilə bağlı “yol xəritəsi” müzakirə olunacaq.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu