Modern.az

Avrasiya İttifaqı YARADILDI: Paytaxt Moskva OLACAQ

Avrasiya İttifaqı YARADILDI: Paytaxt Moskva OLACAQ

29 May 2014, 15:03

Qazaxıstanın paytaxtı Astana şəhərində Avrasiya İttifaqının yaradılması barədə müqavilə imzalanıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Belarus prezidenti Aleksandr Lukaşeneko Ali Avrasiya İttifaqının yaradılması barədə müqaviləyə qol çəkiblər. Müqaviləyə 2015-ci ilin 1 yanvarından qüvvəyə minəcək və dövlətlərin yüksək iqtisadi inteqrasiyaya daxil olmasını nəzərdə tutur.

Müqaviləyə əsasən malların, xidmətlərin, vəsaitin və işçi qüvvəsinin sətbəst hərəkəti təmin olunacaq. Bundan başqa Rusiya, Qazaxıstan və Belarus energetika, sənaye, kənd təsərrüfatı və nəqliyyat sahəsində ortaq razılaşdırlmış siyasət aparacaqlar. Bununla da 170 minyonluq vahid daxili bazar formalaşcaq. Ali Avrasiya İttifaqının əsas mərkəzi Moskvada, məhkəməsi Minskdə və maliyyə mərkəzi isə Alma-Atada yerləşəcək. Tərəflər müqaviləni “tarixi sənəd” adlandırıblar.

Qeyd edək ki, Astanda keçirilən iclasda Qırğızıstanın təşkilata üzvlüyü ilə bağlı “Yol xətitə”si planı təsdiqlənib. Ermənistan isə iyunun 15-nə qədər təşkilata üzv olmaq üçün müraciət edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu