Modern.az

Azərbaycanda pensiyaçılar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub

Azərbaycanda pensiyaçılar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub

29 May 2014, 14:30


Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 8 sərəncam verilib, bununla yanaşı əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, bütün bunların nəticəsində Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 171,7 manata çatdırılıb. Bu da 2006-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 141,9 manat və ya 5,8 dəfə çoxdur. Bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti yaşa görə əmək pensiyaçıları üzrə 45 faiz təşkil edir. Hazırda pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib. Halbuki, 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. Əldə olunan bu nailiyyətlər Azərbaycanda yoxsulluq probleminin həllinin mühüm vasitələrindən biri kimi sosial sahədə, o cümlədən sığorta-pensiya sistemində sürətli islahatların aparılması və pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu