Modern.az

Cahangir Məmmədli İTV Yayım Şurasında dəyişiklik barədə danışdı

Cahangir Məmmədli İTV Yayım Şurasında dəyişiklik barədə danışdı

29 May 2014, 16:00



“Məndə İctimai Televiziya və Radio Yayımlar Şirkətinin yayım Şurası üzvlərinin dəyişəcəyi barədə informasiya yoxdur”. Bunu Modern.az-a açıqlamasında sözügedən Şuranın sədri, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli deyib. O, Yayım Şurası üzvlərinin avqust ayında tam tərkibdə dəyişiləcəyi informasiyasına münasibət bildirərkən qeyd edib ki, gələn ilin mart ayında yalnız vaxtı bitmiş üzvlər dəyişdiriləcək:
“Sadəcə Yayım Şurasının ikinci dəfə seçilən üzvləri var, gələn ilin mart ayında onların vaxtı bitir, onlar gedəcəklər, vəssalam. Çünki Yayım Şurası üzvləri dalbadal iki dəfədən artıq seçilə bilməzlər. Yalnız onlar dəyişiləcək. Bu hadisə həmişə baş verir. Amma elə-belə Yayım Şurasının üzvləri tam tərkibdə dəyişiləcək informasiyası mənə elə gəlir ki, düzgün informasiya deyil. Çünki mən bu barədə heç nə eşitməmişəm”. 

Misranə Həsənzadə 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu