Donetsk vilayətində antiterror əməliyyatı həyata keçirən Ukrayna ordusu ağır itki ilə üzləşib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Slavyansk şəhərində Ukrayna qoşunlarına məxsus helikopterin vurulması nəticəsində 14 nəfər, o cümlədən Ukrayna Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi döyüş və Hazırlıq İdarəsinin rəisi, general-mayor Sergey Kulitski də həlak olub.
Ali Radada çıxışı zamanı müvəqqəti prezident Aleksandr Turçinov məlumatı təsdiqləyib. Ukrayna mətbuatının məlumatına görə, helikopter Slavyanskadı Ukrayna qoşunlarına ərzaq məhsulları gətirib və rotasiya olunan hərbi qulluqçularla birlikdə geri dönərkən daşına bilən zenit-raket kompleksinin köməyilə vurulub.
Bu arada Rusiya Qaş Qəragah İdarəsi rəsmi açıqlama ilə çıxış edərək Donetskdə davam edən hərbi əməliyyartlar səbəbindən Ukrayna sərhəddində toplaşan 15 minlik qruplaşmanın sərhəddən uzaqlaşdırılmasını təxirıə salqıqlarını açıqlayıblar.
Vüqar İsmayılov