Modern.az

ARDNŞ öz işçisinin ölüm səbəbini açıqladı

ARDNŞ öz işçisinin ölüm səbəbini açıqladı

29 May 2014, 17:26

Mayın 29-da saat 12-30 radələrində Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsində yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər işləyən 1980-ci il təvəllüdlü Elnur Fətulla oğlu Ağayev Xızı qazpaylama stansiyasında qaz kəmərinin üzərindəki toztutucuya xidmət göstərən zaman baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
ARDNŞ-nin mətbuat xidmətindən Modern.az-a bildirlib ki, Elnur Ağayevin idarədə 13 illik iş stajı var. Baş vermiş hadisə ilə bağlı müvafiq komissiya yaradılıb. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

Hadisə yerinə ezam olunmuş komissiya üzvlərinin ilkin məlumatına görə, E.Ağayev Xızı qazpaylama stansiyasında qaz kəmərinin üzərindəki toztutucu filtrdə sızmanı aradan qaldıran zaman toztutucunun təzyiq altında olan qapağı yerindən çıxıb və onun baş nahiyəsinə dəyib. E. Ağayev aldığı xəsarətdən dünyasını dəyişib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu