Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 30-da Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ) təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirir.
Modern.az-ın məlumatına görə Azərbaycan vətəndaşlarının bakalavriatura səviyyəsində MDBƏİ-də təhsil alması üçün 3 yer (ödənişsiz əsaslarla) təqdim olunub.
Müsabiqədə iştirak etmək üçün qeydiyyat TQDK-da aparılıb.
MDBƏİ-yə qəbul imtahanında iştirak etmək üçün 8 nəfər qeydiyyatdan keçib.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytına daxil olub çap edib götürürlər.
İmtahan nəticələri elə sabah internet səhifəsində yerləşdiriləcək.
Müsahibə TQDK-da iyunun 2-də keçiriləcək.
Misranə Həsənzadə