Millət vəkili Əli Məsimli Milli Məclisin bugünkü iclasında Azərbaycanda daha çox görünən islahatlardan danışmaq istədiyini bildirib. Modern.az saytı xəbər verir ki, millət vəkili təhsildə islahatları çox yüksək qiymətləndirdiyini deyib.
“Elm və təhsillə bağlı hazırlanan strategiya təqdirəlayiqdir. Bu sahədə islahatlar davamlı şəkildə aparılmalıdır. Pensiya yaşı çatan müəllimlər təqaüdə göndərilməlidir. Ancaq bu gün pensiya yaşı çatmayan müəllimlərin işdən ayrılmasının qarşısı alınmalıdır. Ümumiyyətlə müəllimlərin maaşı artırılmalıdır ki, uzun müddət müəllim işləmiş şəxslər pula görə, pensiya yaşı çatmamış təhsildən ayrılmasınlar”.
Ə. Məsimli adambaşına düşən maliyyələşmənin təhsildə də tətbiq edilməsinin lazım olduğunu bildirib. “Biz hələ təhsildə böyük uğurlar qazanmamışıq. Buna görə də təhsilin istehsalatda tədbiqi ilə bağlı elmi əsərlər yazılmır. Ancaq bu sahədə də elmi işlərin yazılmasına ehtiyac var”.
Gültəkin ƏLƏSGƏR