Modern.az

Oqtay Əsədov: “Danışıqlar aparmayıb, nə edək, müharibəyə başlayaq?”

Oqtay Əsədov: “Danışıqlar aparmayıb, nə edək, müharibəyə başlayaq?”

Parlament

30 May 2014, 13:21

Milli Məclisin bugünkü iclasında millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Ermənistanla rəsmi va qeyri-rəsmi səviyyədə aparılan danışıqlarla bağlı məsələyə aydınlıq gətirilməsini istəyib.

Modern.az saytının xəbərinə görə, S.Rüstəmxanlı deyib ki, təmas xəttində hər gün atəşkəs pozulur, döyüş gedir:

“Demək olar ki, hər gün itkilərimiz olur, son günlər itkilərimizin sayı daha da artır. Müharibə faktiki davam edir. Digər tərəfdən, Ermənistanla danışıqlar gedir. Eyni zamanda “xalq diplomatiyası” aparılır, ictimaiyyət nümayəndələrinin görüşü, danışıqları keçirilir. “Xalq diplomatiyası”nda iştirak edənlərə münasibət birmənalı deyil. Ona görə də bu məsələni aydınlaşdırmalıyıq. Ya biz doğurdan savaşırıq, ya da danışıqlar aparırıq. Çünki savaş olanda belə danışıqlara heç bir ehtiyac qalmır. Mənim şəxsi mövqeyim aydındır. Ermənitstan prezidenti Serj Sərkisyan deyir ki, türk bizim düşmənimizdir. Bir milləti bütövlükdə düşmən elan edən dövlət başçısının ya ağlı yoxdur, ya da mədəniyyətdən uzaq bir adamdır. Belə adamlarla oturub danışmağın nə mənası var? Bu, bizə nə verəcək? Biz bu məsələləri aydınlaşdırmalıyıq ki, cəmiyyət də mövqeyimizin nədən ibarət olduğunu bilsin”.

Spiker Oqtay Əsədov S. Rüstəmxanlının çıxışına münasibət bildirib: “Sabir müəllim, danışıqlar aparmayıb nə edək, müharibəyə başlayaq? O prezident erməni xalqının öz seçimidir. Biz onunla dialoq aparmağa, danışmağa məcburuq”.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama