“Yeni Azərbaycan” qəzetindən başqa heç bir mətbuat orqanında Ann Brassörün Azərbaycanın xeyrinə söylədiyi fikirlər yer almadı”. Modern.az xəbər verir ki, bu sözləri deməklə Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanda medianın fəaliyyətindən narazılığını bildirib. O, Bakıda AŞPA Daimi Komitəsinin iclasında qurum sədri Ann Brassörün çıxışında jurnalistlərin ancaq tənqidi məqamları işıqlandırdığını deyib:
“Təəssüf ki, bir çox beynəlxalq və yerli QHT-lər məhkəmə qərarlarının əleyhinə çıxış edir. AŞPA-nın Daimi Komitəsinin iclasının Azərbaycanda keçirilməsi zamanı bunun bir daha şahidi olduq. Ann Brassör çıxışına başlayan kimi Azərbaycana hücum xarakterli fikirlər irəli sürdü. Onların beyni o qədər doludur ki, dərhal bizə qarşı qərəzli mövqedən çıxış edir”.
Spiker iddia edir ki, “Yeni Azərbaycan” qəzetindən başqa heç bir mətbuat orqanında o qadının Azərbaycanın xeyrinə söylədiyi fikirlər yer almadı:
“Azərbaycanın mövqeyini dəstəkləyən, yaxud da Dağlıq Qarabağ məsələsində ölkəmizin yanında olması ilə bağlı səsləndirilən fikirləri heç bir jurnalist yazmadı. Bu, Azərbaycanın milli məsələsidir, belə hal Ermənistanda olsaydı, bütün saytları yazardı. Tənqid də edək, amma Azərbaycanı dəstəkləyən mövqeyi də verməliyik. Belə yanaşma daha doğru olardı”.
Gültəkin ƏLƏSGƏR