Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtını iyunun 3-dək uzadıb.
Modern.az-ın verdiyi məlumata görə, 2014-cü ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən ixtisaslaşma seçimində iştirak etmək üçün müsabiqə şərtlərini ödəyən bakalavrlar göstərilən vaxtadək ixtisas seçimini etməlidirlər.