Ukraynanın ikinci prezidenti Leonid Kuçma Pyotr Poroşenkonu dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.
Modern.az Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, keçmiş prezident yeni dövlət başçısının insanların etimadını doğruldacağına arxayındır: “Sizin Ukraynanın bütün regionlarındakı inamlı qələbəniz göstərdi ki, bizim milyonlarla vətəndaşımız, eləcə də digər ukraynalılar varlı bir ölkədə sülh və həmrəylik şəraitində yaşamaq istəyir”.
Kuçma əmindir ki, yeni prezident cəmiyyəti birləşdirərək ölkəni üzləşdiyi çətin situasiyadan çıxararaq demokratik inkişaf yolu ilə aparacaq:
“Sizin professionallığınıza, dövləti yanaşmanıza, müdrikliyinizə inanıram və əmin edirəm ki, şəxsən sizin fəaliyyətiniz dəstək olacağam”.
Modern.az