Modern.az

ASAN Xidmətin Almaniya ictimaiyyətinə təqdimatı təklif olundu

ASAN Xidmətin Almaniya ictimaiyyətinə təqdimatı təklif olundu

30 May 2014, 17:52


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynlinin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub.

Modern.az xəbər verir ki, mayın 25-28-də bu ölkənin Berlin şəhərinə baş tutan səfərdə həmçinin Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin məsləhətçisi Tural Kazımzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları idarəsinin müdir müavini Cahangir Hacıyev, Azərbaycan Respublikasının Əmək və Sosial Münasibətlər Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi Dürdanə Mirzəyeva,  Azərbaycan Respublikası Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin eksperti Mütalib Əliyev, Fridrix Ebert Fondunun Azərbaycandakı ofisinin rəhbəri Rəşad Hüseynli və başqaları iştirak edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Fridrix Ebert Fondunun binasında keçirilən "Alman sosial dövləti: Tarixi inkişaf və beynəlxalq müqayisə" adlı tədbirdə iştirak edib. Sonra nümayəndə heyəti Fridrix Ebert Fondunun Mərkəzi və Şərqi Avropa ölkələri üzrə bölməsinin rəhbəri Raynhard Krumm və Fridrix Ebert Fondunun Orta Asiya və Cənubi Qafqaz ölkələri üzrə referenti Maks Brendle ilə görüşüb. Görüşdə qeyd edilib ki, yaxın gələcəkdə Almaniyada ASAN Xidmətin təqdimatını keçirmək və bu xidmətin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün Almaniya tərəfi əməkdaşlığa tam hazırdır.

Almaniya Bundestaqında da olan Azərbaycan nümayəndə heyəti burada deputat, Əmək və Sosial Siyasət daimi komissiyasının sədri xanım Kerstin Grize ilə də görüşüb. Görüşdə söhbətin mövzusu "Qanunverici hakimiyyətin Alman Sosial Siyasətinin qurulmasında rolu" olub. Görüşdə eyni zamanda Azərbaycan Respublikasında aparılan islahatlara da toxunulub. Xanım Kerstin Grize ASAN xidmətin və Əmək və Əhalinin Sosial Təminat nazirliyinin fəaliyyətində aparılan islahatları təqdir edib. 

Federal Əmək Agentliyinin paytaxt nümayəndəliyində olan qonaqlar burada Federal Əmək Agentliyinin paytaxt nümayəndəliyində Lars Andersenlə “Almaniyada əmək bazarının islahatları və gələcəkdə Sosial Dövlətin inkişafı üçün çağırışlar“ mövzusunda söhbət edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Azərbaycan Respublikasının Almaniyadakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Pərviz Şahbazovla da görüşüb.

Bundan başqa, Əli Hüseynlinin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Həmkarlar İttifaqları Birliyində bu qurumun beynəlxalq əmək təşkilatları idarəsinin rəhbəri Frank Zax ilə, Almaniya Işəgötürənlər Birliyində bu qurumun Sosial təminat idarəsinin rəhbəri Dominik Naumann və Avropa Birliyi və Beynəlxalq sosial siyasət şöbəsinin rəhbəri Martin Mustel ilə, Almaniya Xarici İşlər Nazirliyində bu qurumun Cənubi Qafqaz və Mərkəzi Asiya İdarəsinin rəisi Mark Bogdan ilə, Almaniyanın Federal Əmək və Sosial Məsələlər Nazirliyində bu nazirliyin Beynəlxalq İdarəsinin rəhbəri xanım Suzan   ne Hoffmann ilə, Bundestaqın SPD Fraksiyasının xarici siyasət üzrə müşaviri deputat Nils Annen ilə görüşüb.

Görüşlərdə o cümlədən Azərbaycanda aparılan qanunvericilik və məhkəmə hüquq islahatları mövzularında Almaniya tərəfi ilə qarşılıqlı və davamlı əməkdaşlıq mövzuları da müzakirə edilib.


 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu