“Adil Mirseyid müalicəsindən imtina edib. İki aydan artıqdır həkim müayinəsini və heç bir müalicəni qəbul etmir. Çox üzgün və çarəsizik.”
Modern.az xəbər verir ki, bunu Facebookda şairin Adil Mirseyidin rəsmi səhifəsində qızı Ayan Mirseyid yazıb.Qeyd edək ki, qara ciyər serozundan əziyyət çəkən şair müalicə üçün heç bir yardım almayıb. Öz maddi imkanı olmadığından artıq müalicəsini də dayandırıb.
Elmin Nuri