Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilir. Söhbər 6 günlük dərs həftəsi olan orta məktəblərdən gedir.
5 günlük dərs həftəsi olan orta məktəblərdə “Son zəng” tədbirləri dünən keçirilib.
Təhsil Nazirliyindən Modern.az-a verdiyi məlumata görə, 2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118206, XI siniflərini 86797 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 754 nəfər şagird bitirəcək. Paytaxtın ümumtəhsil müəssisələrində bu il IX sinif üzrə 27729, XI sinif üzrə isə 20411 şagird məzun olacaq. 2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138000 nəfərdir. Xatırladaq ki, ötən il ölkənin ümumtəhsil müəssisələrinin XI siniflərini 91484 şagird bitirib.
Modern.az