Modern.az

«Azərbaycan» haqqında bilmədiklərimiz - III yazı

«Azərbaycan» haqqında bilmədiklərimiz - III yazı

31 May 2014, 10:07

AMEA Fəlsəfə, Sosiologiya  Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru 

«Azərbaycan» sözünün Sovet imperiyasının maraqlarına uyğun şəkildə saxtalaşdırılmasında istər SSRİ, istərsə də bəzi Azərbaycan tarixçiləri böyük əmək sərf etmişdilər. SSRİ ideoloqlarının «Azərbaycan» istilahını etnik-ideoloji məna­da izah etməkdə əsas məqsədləri, mümkün qədər bu anlayışı «türk» amilindən uzaq tutmaq idi. Bu baxımdan «Azər­baycan» sözünün ilkin forması kimi «Atropatena» üzərində dayanan SSRİ ideoloqları Azərbaycan insanını inandır­ma­ğa çalışırdı ki, bu anlayış ya hökmdar Atropatın adından götürülüb, ya da atəşpərəstliklə-zərdüştiliklə bağlı yaranıb «odlar yurdu» mənasını verir. Hər iki halda «Azərbaycan» türklüyü deyil, türk dillərinin birində danışan ya naməlum­dilli midiyalıları, ya da «irandilli», farsdilli tayfalardan biri­nin adını, məsələn azəriləri ifadə edir.

Məhz bunun nəticəsi idi ki, 1950-ci illərdən etibarən nəşr olunmağa başlayan üç cildlik «Azərbaycan tarixi»nin 1-ci cildində də aşağıdakı müddəalar öz əksini tapmışdır: «Atropaten–Azərbaycanın elmə məlum olan adlarından ən qədimidir. Bu ad yunan mənbələrində göstərilmişdir. Sonralar onun şəkli dəyişərək iranlılarda – «Adərbadaqan», ermənilərdə – «Atərpataqan» və «Atrpataqan», ərəblərdə – «Adərbaycan» və «Azərbay­can» formalarını almışdır. Həmin sözlər «odlar ölkəsi» demək­dir ki, bu da ölkədə atəşpərəstliyin geniş surətdə ya­yıl­­ması ilə əlaqədar idi» [4, 58]. Bu kitabda «Azər­baycan» sözü ilə bağlı səsələnən variantlar arasında türklərin adının çəkilməməsi, yuxarıda dediklərimizi bir daha təsdiq edir. Eyni zamanda «iranlılar» dedikdə hansı etnik qruplar nəzərdə tutulur bəlli olmur. ASE-nin 1-ci cildində də «Azərbay­can» sözünün sovet ideoloqları tərəfindən irəli sürülən mə­lum izahı verilmişdir.


Həmin dövrdə yaşamış başqa qrup tədqiqatçılar isə «Azərbaycan» istilahını fərqli yöndə – etnonim anlayış kimi izah edirdilər. Onlardan bir qismi bunu, «Atropat» ilə bağladıqları halda, digərləri «Azər» anlayışı üzərində da­ya­nırdılar. Məsələn, dilçi alim Ə.M.Dəmirçizadə qeyd edirdi ki, «Azər­bay­can» atəşpərəst Midiya maqları­nın başçılarına məxsus ictimai bir titul bildirən «aturbat» sözü ilə «məkan», «ölkə» mənasında işlədilən «kan» sözünün birləşməsindən ibarət olub, «aturbat ölkəsi» deməkdir. Deməli, Dəmir­çizadə «Azərbaycan» sözünü atrubatların, yəni maqların-midiyalıların ölkəsi kimi qəbul edirdi. Tarixçi Y.H.Səfərova görə, «Azərbaycan» sözünün ən qədim forması, ölkədə atəş­pə­rəst­liyin geniş yayılması ilə bağlı «odlar yurdu» kimi izah edilən «Atropaten» ünvanından götürülmüşdür. Ancaq o, «Atropaten» sözünün «od allahı», «odu mühafizə edən», «odlar yurdu» və s. kimi antropononim, oykonim iza­hına qarşı çıxaraq iddia edir ki, e.ə. I minilliyin əvvəl­lə­rin­də adı qaynaqlarda çəkilməyən Atropat tayfası olmuş, be­ləliklə, etnonim mənada «Azərbaycan adı sərkərdə Atro­pa­tın adından deyil, güman ki, sonuncunun da mənsub ol­du­ğu, Atropatın qəbiləsi adından götürülmüşdür».

Beləliklə, sovet ideoloqlarının «Azərbaycan» sözünün izahı ilə bağlı mülahizələrinə qarşı fərqli mövqelər meydana çıxmış olurdu. Xüsusilə, bu özünü «Azərbaycan» sözünün türk dilində izah edilməsində büruzə verirdi. Məsələn, R.Qurban, M.Seyidov  b. «Azərbaycan» sözünü etnonim mənada başa düşsə də, ancaq Ə.M.Dəmirçizadə, Y.Səfərov və başqaların­dan fərqli olaraq, onun ilkin forması kimi göstərilən «Atropatena» variantından imtina etmiş və bu istilahı sırf türk dilinə aid bir anlam kimi izah etməyə çalışmışdır. Mifoloq Mirəli Seyidov yazır ki, etnonim anlamı daşıyan bu sözün açımı xalqın etnik-soy kimliyini də aydınlaşdır­mağa imkan verir. O belə bir müddəadan çıxış edir ki, «Azərbaycan» sözü ilkin «Azərbayqan (can)» şəklində olub: «Bizcə, «Azərbaycan/Azərbayqan» sözünün ilk «Az» tərkibi əski türkdilli qəbilənin adıdır. «Az» qəbiləbirləşməsi, xalq adına «Gültəkin», «Tonyuquq» və b. abidələrdə rast gəlirik».

1937-ci ildən başlayaraq müstəqilliyimizin bərpasına qədər antitürk konsepsiyasının nümayəndələri tərəfin­dən «Azərbaycan» anlayışının saxtalaşdırıl­ma­ daha çox Azər­baycan xalqının etnik kimliyi ilə bağlı olmuşdur. Belə ki, bu dövrdə antitürk konsepsiyanın ­rəf­darlarının «Azərbay­can» sözünü özlərinəməxsus formada ideologiya şəklinə salmaqda əsas məqsədləri bu ərazidə türk izini itirmək olmuşdur. Bu zaman onlar güman ediblər ki, bu sözün türkcə yozumu mümkün deyil, yaxud da mümkün olsa belə, qəbul edilməyəcək, ona görə  «Azərbaycan» anlayışı­nın Türk-Azərbaycan konsepsiyası baxımın­dan etnik ­hət­dən verməyin  heç bir nəticəsi olmayacaq. Həmin vaxt­dan onların bu müddəaları bəzi səbəblərə görə, hələlik istər elmdə, istərsə cəmiyyət daxilində daha inandırıcı görünür. Bunun örnəyi, milli dilin  milli mənsubiyyətin müəy­yən­ləş­məsi ilə bağlı 1995-ci ildə keçirilən referendumu göstərə bilərik.

Qeyd edək ki, 1992-ci ildə Azərbaycan xalqının dilinin və əsas millətinin türk olması yenidən öz təsbitini tapdı. 1992-ci il dekabrın 22-də Milli Məclis Azərbay­can Respub­li­kasında dövlət dilinin «türk dili» olduğu haqqında qərar qəbul etdi. Ancaq 1995-ci ildə bu məsələ referendum səviyyəsinə çıxarılmış, referendum­un nəticə­si olaraq Konstitusiyada milli mənsubiyyətin və milli dilin ifadəsi kimi «Azərbay­can xalqı» və «Azərbaycan dili» rəs­mi şəkil almışdır. Buradan belə bir nəticə çıx­mış olur ki, bu məsələ ilə bağlı Azərbaycan xalqının böyük əksəriyyəti də SSRİ rəhbərliyinin daha o zaman, yəni 1937-ci ildə Konstitu­si­ya­da aparılan dəyişiklər nəticəsində müəyyənləş­dirdiyi ideyanı müdafiə etmişdir. Belə ki, ilk dəfə o dövr­dən etibarən rəsmi şəkildə Azərbaycan əhalisinin etnik mənşəyi «Azər­baycan xalqı-azərbaycanlı», dili isə «Azərbaycan dili» kimi göstə­ril­məyə başlanmışdır.

Qeyd edək ki, 1937-ci il Konstitusiyasında «türk millə­ti» və «türk dili» anlayışlarının «Azərbaycan xalqı» və «Azər­baycan dili» istilahları ilə əvəz edilməsi birmənalı şəkildə sovet rəhbərliyinin qəbul etdiyi siyasi-ideoloji qərar­larla bağlı olmuşdur. 1937-ci ilə qədər «Azərbaycan» anla­yışı bir türk dövlətinin adı, «Azərbaycanlı» bütün Azərbay­can vətəndaşlarının siyasi mənada millət adı idisə, sovet ideoloqlarının «ixtiraları» sayəsində bu istilah - «Azərbay­can» millətin həm etnik, həm də dilinin adına çevrildi. Beləliklə, SSRİ rəhbərliyinin və onun ideoloqlarının səyi nəticəsində yeni status qazanmış «Azərbaycan» anlayışı özü­nün əvvəlki mənalarından uzaqlaşdırılmaqla yanaşı, hət­ta etnik mənşə və dil baxımından «türk milləti» və «türk dili» istilahlarına qarşı qoyuldu.

Bununla da XX əsin əvvəllərindən 1937-ci ilə qədər et­nik və dil mənsubiyyəti baxımından şəriksiz mövqe tutmuş, cəmiyyət daxilində də artıq bu cür – «türk milləti», «türk dili», «türk ədəbiyyatı», «türk tarixi», «türk teatrı» və s. ki­mi qəbul edilmiş anlayışlara qarşı sovet ideoloqları tərə­fin­dən yeni konsepsiya – «Azərbaycan milləti-azərbaycanlı», «Azərbaycan dili», «Azərbaycan ədəbiyyatı», «Azərbaycan teatrı» və s. irəli sürüldü. Beləliklə, təqribən XX əsrin birinci yarısında çiyin-çiyinə addımlayan «Türk» və «Azərbaycan» anlayışları, həmin əsrin ikinci yarısından başlayaraq, müs­təqillik dövrünü də daxil etməklə bir-birinə qarşı yönəlmiş məfhumlara çevrildi. Bunun nəticəsi idi ki, çox keçmədən Azərbaycan xalqının ictimai şüurunda bu xalqın hansı mil­lətə məxsusluğu ilə bağlı bir-birinə zidd olan fərqli müla­hi­zə­lər meydana çıxdı.

Deməli, 1937-1991-ci illərdə «Azərbaycan» sözünün «tə­bii-coğrafi», «tarixi-coğrafi-siyasi» izahları ilə yanaşı etnik mə­nada da yozumu başlamış və bu istiqamətdə «Azər­bay­can-Türk» və «Qafqaz-İran» konsepsiyalarının nüma­yən­dələri bir çox mülahizələr irəli sürmüşlər. Ancaq bu dövrdə «Azərbaycan» sözü­nün izahı ilə bağlı səslənən mülahizələr nəinki bu məsələnin həllinə kömək etmiş, əksinə bu anlayış ətrafında dumanı daha da qatılaşdırmışdır. Buna görə də, müs­təqil­lik dövründə «Azərbaycan» sözünün yeni-yeni izahları meydana çıxmışdır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi