Modern.az

Vəkildən Baş Prokurorluğa CAVAB: “ Leyla Yunus ifadə verməkdən imtina etməyib”

Vəkildən Baş Prokurorluğa CAVAB: “ Leyla Yunus ifadə verməkdən imtina etməyib”

31 May 2014, 10:26

“Nə Leyla Yunus, nə Arif Yunus istintaqa ifadə verməkdən imtina edib və etmirlər. Onlar yanlız qanunsuz olaraq götürülmüş pasportlarının geri qaytarılmasını tələb edirlər. Bunu açıq şəkildə mətbuatda ifadə ediblər”.
Bu sözləri Modern.az-a açıqlamasında hüquq müdafiəçisinin vəklil Xalid Bağırov Baş Prokurorluğun açıqlamasını şərh edərkən bildirib.

Vəkilin sözlərinə görə, qanunvericilik şahidlərin pasportlarının əlindən alınması və hərəkətlərinə məhdudiyyət qoyulmasını qadağan edir və Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 4 saylı protokolunun iki maddəsinin kobud pozunutusudur. 
“Bundan əlavə bildirirəm ki, mən mayın 30-da hər hansı rəsmi xəbərdarlıq almamışam. Həmin xəbardarlığın məzmunu mənə aydın deyildir”.

Vəkil Baş Prokurorluğun sözçüsü E.Sultanovun “Mətanət Əzizovanın ölkədən qaçmasını məhz Leyla Yunus təşkil edib” sözlərini vətəndaşın təhqir olunması və onun təqsirsizlik prezumsiyası hüququnun pozulması kimi qiymətləndirib.

Bağırov bildirib ki, 29 mayda səhər saat 10 radələrində müstəntiq İbrahim Ləmbəranski ona və Leyla Yunusa zəng vuraraq 2 saatdan sonra Leyla Yunusu əlavə olaraq dindirmək istədiyini bildirib. 

“Leyla Yunus İbrahim Ləmbəranskiyə deyib ki, bir şərtlə gələr, qanunsuz götürülmüş pasportları ona və həyat yoldaşına qaytarılsın. Mən isə Lənbəranskiyə demişəm ki,  29 may saat 12 radələrində məhkəməylə bağlı zatən prokurorluqda olacağam. Həmin gün İbrahim Ləmbəranski Leyla Yunusa 30 may 14.30-da istintaqa çağırması barədə yazılı bildiriş göndərib”. 

Vəkilin sözlərinə görə, Arif Yunus 29 apreldən 30 maya kimi nə şifahi, nə yazılı qaydada istintaqa dəvət edilib. “Hətta bizim tərəfimizdən istintaqa müraciət edilib, Arif Yunusun qanunvericiliyin tələbinə uyğun həkimin razılığı və iştirakı ilə ifadə verməyə hazır olduğu bildirilib”. 

Yanlız 30 mayda saat 12.30 radələrində İ.Ləmbəranski yenidən zəng vuraraq bazar ertəsi 2 iyun saat 10-da Arif Yunusu səhhəti ilə əlaqədar məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün istintaqa çağırıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!