Modern.az

Etibar Məmmədov “yeni SSRİ”dən DANIŞDI: “Bu ola bilməz”

Etibar Məmmədov “yeni SSRİ”dən DANIŞDI: “Bu ola bilməz”

31 May 2014, 11:28

“Avrasiya İttifaqı “yeni SSRİ” ola bilməz”. Bu sözləri Modern.az saytına açıqlamasında Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov yeni yaradılmış qurumun perspektivini şərh edərkən bildirib.

“Bu istiqamətdə çoxlu şərhlər verilir. Ancaq Avrasiya İqtisadi İttifaqının SSRİ-yə çevrilməsi mümkün olan şey deyil”,-deyə E. Məmmədov bildirib.

Partiya lideri Azərbaycanın Avrasiya İttifaqında təmsil olunması perspektivinin olmadığını da söyləyib. “Bu istiqamətdə heç bir perspektiv görünmür”.

E. Məmmədov son zamanlar Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqları da şərh edib. Onun sözlərinə görə aparılan müzakirələr münaqişənin həllində irəliləyişə stimul olmayacaq.

Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astana şəhərində Rusiya, Qazaxıstan, Belorusun imzaladığı müqavilə ilə Avrasiya İqtisadi İttifaqı yaradılıb. 2015-ci ilin ilk aylarından fəaliyyətə başlaması nəzərdə tutulan bu birliyi “Yeni SSRİ”nin yaradılması kimi şərh edənlər də az deyil.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu