“İran yeni yaradılmış Avrasiya İttifaqı ilə əməkdaşlığa hazırdır və buna xüsusi maraq göstərir”. Modern.az İran mətbuatına istinadən xəbər verir ki, bu bəyanatla İranın Rusiyadakı səfiri Mehdi Sanayi çıxış edib. O bildirib ki, rəsmi Tehranın Rusiya başda olmaqla Avrasiya İttifaqına digər üzv dövlətlərlə münasibətləri, əlaqələri yaxşıdır və bundan sonra bu əməkdaşlıq daha da dərinləşəcək.
“Bizim üçün Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əməkdaşlıq xüsusi önəm daşıyır”. M. Sanayi Azərbaycan vasitəsilə İran və Rusiyanı birləşdirən dəmir yolu xətti tikintisinin tezliklə başa çatacağını da bildirib.Qeyd edək ki, səfir bu fikirləri “Rusiya dəmir yolları” Açıq Səhmdar Cəmiyyəti dövlət şirkətinin prezidenti Aleksandr Yukininlə görüşündə səsləndirib.
Xatırladaq ki, Astanada Rusiya, Qazaxıstan və Belorusiyanın iştirakı və imzaladığı müqavilə ilə Avrasiya İqtisadi Birliyi yaradılıb. Müqavilənin müddəalarının 2015-ci ilin yanvar ayından qüvvəyə minəcəyi gözlənilir.
Aqşin Kərimov