Azərbaycanın tanınmış rejissoru Elxan Cəfərov Böyük Vətən Müharibəsi zaman; Belarusda partizan dəstəsində qəhrəmanlıq göstərmiş soydaşımız haqqında bədii film çəkir. Modern.az saytı bildirir ki, Brest yaxınlığında baş vermiş real hadisə əsasında çəkilən filmə MDB ölkələrinin aktyorları cəlb olunub. Filmi Azərbaycanın qəhrəman oğlu Abdullayev haqqındadır. Böyük Vətən Müharibəsi illərində Abdullayev Belarus ərazisində vuruşub.
Baş rolu Azərbaycanın əməkdar artisti Şamil Süleymanov oynayır. Filmdə qələbə günü qeyd edildikdən az sonra Brest yaxınlığında Dubitsa dəmiryolu stansiyasına hücum çəkən faşistlərin orada partlayıcı maddələr yerləşdirməsindən və bundan sonra baş verən hadisələrdən danışılır. Canlı dekorasiyalar fonunda çəkiliş aparmaq üçün çəkiliş qrupu 3 min kilometrdən artıq məsafə qət etməli olub. Kadrlarda belarus, azərbaycanlı, rus, gürcü və erməni aktyorları iştirak edir.