Modern.az

Publika.az-a yeni baş redaktor təyin olunub

Publika.az-a yeni baş redaktor təyin olunub

31 May 2014, 12:58

İnterpress.az saytından ayrılan Amil Hacıyev Publika.az saytına baş redaktor təyin olunub. AzNews.az xəbər verir ki, o, işinin icrasına həftənin birinci günündən başlayacaq. Qeyd edək ki, Hacıyev İnterpress.az saytındakı redaktor işindən iki gün öncə ayrılmışdı.

Saytı onunla birlikdə digər redaktor Günay Muradlı da tərk etmişdi.
Xatırladaq ki, Amil Hacıyev 9 il ANS telekanalında işləyib, müxtəlif verilişlərin aparıcısı və redaktoru olub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu