Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın dünən keçirilən iclasında bir sıra dəyişikliklər həyata keçirilib. Tanınmış jurnalist Qulu Məhərrəmlinin monitorinq şöbəsinin rəhbəri seçilməsi ilə yanaşı, iclasda daha bir qərar qəbul edilib. Belə ki, sabiq direktor F.Veysəlli institutun nəzəri dilçilik şöbəsinin müdiri vəzifəsinə də təsdiqlənməyib.
Xatırladaq ki, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev direktor seçildikdən sonra F.Veysəlli nəzəri dilçilik şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Professor Fəxrəddin Veysəlli Modern.az-ın bu qərarla bağlı sualına iclasda olduğunu əsas gətirərək cavab verməkdən yayınıb.
Elmin Nuri