Suriyanın Hələb şəhərində ermnəilərin sıx məskunlşadığı Nor Qyux məhəlləsinə ötən gecə 22 “çəllək bombası” atılıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki. hadisə nəticəsində azı 22 nəfərin öldüyü, 77 nəfərin yaralandığı bildirilir. Hələb şəhər rəhbərliyi məhəllə sakinlərindən evlərini tərk etməməyi və pəncərələrə yaxın durmamağı xahiş edib. Əsəd qüvvələrinin nəzarəti altındao olan Nor Qyux məhəlləsində 60 mindən artıq erməninin yaşadığı bildirilir.
Xatırladaq ki. 2011-ci ilin martından başlayaraq Suriyada davam edən vətəndaş müharibəsi nəticəsində 150 mindən artıq insan həlak olub, 4 milyon dinc sakin isə öz torpaqlarını tərk etmək məcburiyyətində qalıblar.
Modern.az