Modern.az

Jurnalist Əkbər Həsənov Leyla Yunusa qarşı ifadə verib

Jurnalist Əkbər Həsənov Leyla Yunusa qarşı ifadə verib

31 May 2014, 15:12

Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun sülhməramlı jurnalistlər qrupuna daxil olan jurnalist Əkbər Həsənov Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İdarəsi tərəfindən dindirilib. Modern.az xəbər verir ki, bu barədə haqqın.az məlumat yayıb. Məlumatda o da deyilir ki, Əkbər Həsənov dindirilmə zamanı Leyla və Arif Yunusun erməni xüsusi xidmət orqanları və nüfuzlu siyasi dairələri ilə əlaqələrinin olması barədə şübhələrini dilə gətirib. “Mən dedim ki, jurnalist Rauf Mirqədirov günahsızdır. Çox güman ki, Leyla Yunus onu öz çirkli oyununda istifadə edib. Görünür o bu ermənipərəst cütlüyün qovğalarının qurbanı olub”- deyə Həsənov deyib.

Əkbər Həsənov Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun “xalq diplomatiyası” çərçivəsində və Arif Yunusun təşkil etdiyi müxtəlif tədbirlərdə iştiarkçı olub.

      
Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu