Tanınmış teleaparıcı Rahib Azərinin aparıcısı olduğu Xəzər TV-nin “Sirdaş” verilişi televiziya proqramları sahəsində ilk olaraq Humay mükafatına layiq görülüb.
Modern.az bildirir ki, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin qərarı ilə “Humay” Milli Mükafatı ilə “Sirdaş”ın yaradıcı heyəti təltif olunub.
“Humay” milli mükafatı il ərzində ölkənin ictimai, siyasi və mədəni həyatında fəal iştirak edən şəxslərə təqdim olunur. Mükafat komissiyası mükafata təqdim olunan əsərlərin tarixi, elmi əhəmiyyətini, ölkə həyatı üçün xüsusi rolunu nəzərə alır. Mükafat müxtəlif nominasiyalar üzrə təqdim edilir.
Modern.az