Bakıda fərqli kino klubun açılışı oldu.
Modern.az xəbər verir ki, may ayının 28-də "Beer Hall" da keçirilən "Motivasiya" kino klubunun açılış mərasimində ölkənin tanınmış siyasi-ictimai simaları, incəsənət nümayəndələri, yazıçılar qatılıb.
2013-cü ildə prezidentliyə namizəd olmuş tarixçi-alim Cəmil Həsənli, yazıçılar Elxan Elatlı, Pərviz Cəbrayıl, Rasim Qaraca, kinoşünas Aygün Aslanlı, politoloq Hikmət Hacızadə, prodüsser İradə Bağırzadə, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı, teleaparıcı İlkin Həsəni, aktyorlar İlqar Cahangir və İntiqam Soltan açılış mərasimində iştirak edənlər arasında idi.
Bundan başqa xarici film əfsanələrinin obrazları da mərasimdə çıxış edib. Tədbir təşkilatçıları aktyorları qrim edərək dünya ulduzlarına bənzədiblər.
Kino klubun təsisçisi Tural Qurbanlı çıxış edərək bildirib ki, klub iyun ayının ortalarında fəaliyyətə başlayacaq.
Qeyd edək ki, kino klubda festival filmləri nümayiş olunacaq.
Modern.az