1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü artıq 63 ildir dünyada qeyd olunur. İyunun 1-i uşaqların müdafiəsinə həsr etmək haqda qərar BMT Baş Assambleyasında 1950-ci ildə qəbul olunub.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu tarix Azərbaycanda da qeyd edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanda 2 milyon 50 minə yaxın uşaq var. Uşaqlardan 1 milyon 90 min nəfərə yaxını oğlan, 960 minə yaxını isə qızdır. Qeyd edək ki, bu uşaqların 10 faizini qaçqın və məcburi köçkün uşaqlar təşkil edir. Bundan başqa, ölkəmizdə elə uşaqlar var ki, onların bəziləri hər iki valideynlərini itiriblər.
Modern.az