2014/2015 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" klubunun bütün potensial rəqibləri müəyyənləşib.
Moden.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, son ölkə çempionu turnirdə mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq.
Aktivində 7,575 xal olan "Qarabağ" klubu püşk zamanı səpələnmişlər səbətində yer alacaq ki, bu da Qurban Qurbanovun komandasının nisbətən zəif rəqiblə qarşılaşmasına şərait yaradacaq. "Qarabağ"ın daha 3 potensial rəqibi isə I təsnifat mərhələsinin qalibləri olacaq.
Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkü iyunun 23-də atılacaq.
I təsnifat mərhələsi
Səpələnmişlər: "Levadiya" (Estoniya), "Havnar Boldfelaq" (Farer adaları), "Santa Koloma" (Andorra)
Səpələnməmişlər: "Linkoln" (Cəbəllütariq), "Banants" (Ermənistan) və "La Fiorita" (San-Marino)
II təsnifat mərhələsi
Səpələnmişlər: "Styaua" (Rumıniya), "Seltik" (Şotlandiya), BATE (Belarus), "Sparta" (Çexiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Ludoqorets" (Bolqarıstan), "Makkabi" (Təl-Əviv, İsrail), "Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Legiya" (Polşa), "Debrecen" (Macarıstan), "Srvena Zevezda" (Serbiya), "Slovan" (Slovakiya), "Aktobe" (Qazaxıstan), “Ventspils” (Latviya), "Qarabağ" (Azərbaycan), HİK (Finlandiya)
Səpələnməmişlər: "Dinamo" (Tiflis, Gürcüstan), "Malmö" (İsveç), "Reykravikur" (İslaniya), "Dudelanj" (Lüksümburq), "Stromsqodset" (Norveç), TNS (Uels), "Sent Patriks" (İrlandiya), "Skenderbeu" (Albaniya), "Rabotniçki" (Makedoniya), "Valletta" (Malta), "Zrinski" (Bosniya və Hersoqovina), "Kliftonvill" (Şimali İrlandiya), "Jalgiris" (Litva), "Sutyeska" (Monteneqro).
Modern.az