Bu gün millət vəkili, Yeni Azərbaycan partiyasının üzvü Rüstəm Xəlilovun doğum günüdür.
Modern.az saytı millət vəkili, Regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilovdan doğum günü ilə bağlı təssüratlarını öyrənib."Bu gün məni bir çox insanlar təbrik edib. İlk olaraq, ailə üzvlərim, nəvələrim və deputat həmkarlarımdan təbriklər almışam. Bu günü evdə doğmalarımla və əzizlərimlə olacam, çünki heç vaxt xüsusi olaraq doğum günümü qeyd etməyin həvəsində olmamışam. Amma bu 56 illik ömür yolumda ən yadda qalan doğum günüm 40 yaşımda olub. Çünki o zaman anamla bir yerdə qeyd etmişəm. Allah bütün analara can sağlığı versin, onların varlığı bizim üçün çox önəmlidir. Çünki insan yaşlandıqca ananın yoxluğunu daha çox hiss edir. Kaş ki, bu günkü gündə də anam mənimlə bir yerdə olaydı”.
Modern.az