Modern.az

Nalbandyan Azərbaycana gəldi

Nalbandyan Azərbaycana gəldi

Təhsil

2 İyun 2014, 09:34


Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ötən gün Azərbaycanın işğal altında olan torpaqlarına səfər edib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, erməni nazir Xankəndində Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçiləri ilə görüşüb.

E. Nalbandyan qondarma Dağlıq Qarabağ “respublikası”nın “prezidenti” Bako Saakyanla  görüşü zamanı Ermənistanla separatçı rejim arasında diplomatik əlaqələrin genişləndirilməsi müzakirə edilib.

Görüşdə Ermənistan diplomatik korpusunun yüksək vəzifəli şəxsləri də iştirak edib. 

Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi ətrafında da fikir mübadiləsi aparılıb.  

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu