Modern.az

Keçmiş rektor İqtisad Universitetinin Bakıdan köçürülməsindən danışdı

Keçmiş rektor İqtisad Universitetinin Bakıdan köçürülməsindən danışdı

Təhsil

2 İyun 2014, 10:01

“İqtisad Universitetinin Bakıdan kənara köçürüləcəyi ilə bağlı heç bir məlumatım yoxdur. Ümumiyyətlə, İqtisad Universiteti üçün öncədən hər hansı bir yerdə ərazi də ayrılmayıb”.
Bunu Modern.az-a İqtisad Universitetinin sabiq rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.

Qeyd edək ki, ali məktəblərin paytaxtdan kənara köçürülməsi çoxdan gündəmdədir. Dövlət rəsmiləri də bunu bir neçə dəfə bəyan ediblər. Köçürüləcək ali məktəbləri sırasında Bakının mərkəzində yerləşən İqtisad Universiteti, Dillər Universiteti, Slavyan Universiteti və Pedaqoji Universitetin adı çəkilir. Sözügedən ali təhsil ocaqlarının Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərinə yerləşdiriləcəyi qeyd edilir. Təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur.

Gültəkin ƏLƏSGƏR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu