İranda Məhəmməd Şah Pəhləvi dövrünün sonuncu baş naziri olmuş Şahpur Bəxtiyarın oğlu Cihan Şah Bəxtiyar xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini etiraf edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş nazir oğlu bu barədə Fransanın “Europe 1” radiosuna müsahibəsində deyib.
C. Şah Bəxtiyar bildirib ki, o, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin xüsusi xidmət orqanı Mossad üçün işləyib. Sabiq hökumət başçısının övladı özünün ABŞ, İsrail, İran arasındakı gizli müharibədəki rolundan danışıb. Onun sözlərinə gər 40 yaşında olarkən, İran rəhbərliyinə zərbə vurmaq üçün ABŞ və İsrail kəşfiyyatları ilə məxfi əməkdaşlıq edib. O, bu etirafının səbəbini atasının İran agentləri tərəfindən öldürülməsinə qarşılıq olaraq “intiqam” məqsədi ilə əlaqələndirib.Qeyd edək ki, Şapur Bəxtiyar 1979-cu ilin 4 yanvarından 11 fevralına qədər İranın baş naziri olub. O, İran kəşfiyyatının agenti Əli Vəkili Rad tərəfindən öldürülüb.
Aqşin Kərimov