Modern.az

Nazirlik 75 nəfər əlili istirahətə göndərdi

Nazirlik 75 nəfər əlili istirahətə göndərdi

Təhsil

2 İyun 2014, 10:54


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 75 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 75 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə göndərilib. Bununla da son yarım ay ərzində istirahət mərkəzlərinə yola salınan əlilliyi olan şəxslərin sayı artıq 155 nəfərə çatıb.

Tədbir ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur. İstirahət zamanı əlilliyi olan şəxslər üçün maraqlı gəzintilər, idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil edilir. Eyni zamanda, onlar fizioterapevtik müalicə  prosedurlarına cəlb olunurlar.

Qeyd olunan Proqrama uyğun olaraq, cari il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə  istirahətə göndərilməsi planlaşdırılır.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu