Modern.az

Saakaşvili Putini Ukraynanın düşməni elan etdi

Saakaşvili Putini Ukraynanın düşməni elan etdi

Təhsil

2 İyun 2014, 11:54

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bəyan edib ki, Rusiyanın dövlət başçısı Vladimir Putin Ukraynanın düşmənidir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda ABŞ-da yaşayan Saakaşvili bunu “İnter” telekanalının efirində deyib. Gürcüstanın keçmiş dövlət başçısının fikrincə, Ukraynaya göndərilən çeçenlərə və separatçılara yardım edən ukraynalılar öz vətənlərinin düşmənləridir:

“Elə adamlar var ki, Kadırovun göndərdiyi qatilləri alqışlayırlar. Bu insanlar Ukraynanı satanlardır. Qoy onlar Rusiyaya getsinlər”.

Onun sözlərinə görə, Ukrayna öz torpağını yadlara verməməlidir. Bundan əlavə, Saakaşvili Putinin “biz slavyanlar hamımız pravoslavlarıq” fikrini də tənqid edib: “Gürcüstan dördüncü əsrdən pravoslavdır. Rusiya ordusu bizim ərazimizə soxulanda gürcü kilsələrini qarət edərək dağıdıblar. Putin belə pravoslavdır, mən ağ ayı olduğum kimi”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu