Modern.az

“Azadlıq” qəzeti: “Nəşriyyata olan borcun müəyyən məbləğini ödəməyə çalışacağıq”

“Azadlıq” qəzeti: “Nəşriyyata olan borcun müəyyən məbləğini ödəməyə çalışacağıq”

Təhsil

2 İyun 2014, 12:02

“Bu gün  “Azərbaycan” Nəşriyyatı ilə söhbət davam etdiriləcək. Özümüz üçün də qeyri-müəyyəndir. Amma çalışacağıq ki, imkan daxilində nəşriyyata borcun müəyyən məbləğini ödəyək. Onların da şərti bu olmuşdu”. Bunu Modern.az-a açıqlamasında “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov deyib.

Qeyd edək ki,  “Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinə iyun ayının 1-nə qədər vaxt vermişdi. Həmin vaxta qədər “Azadlıq”ın Nəşriyyata olan borcu ödənməsə, qəzetin çapının dayandırılacağı bildirilmişdi. Nəşriyyatın bildirdiyinə görə, bağlanmış müqavilələrə əsasən, mayın 20-nədək redaksiyanın nəşriyyata çap xərclərinə görə 17018 manat, kommunal xərclərinə görə 982 manat, cəmi isə 18000 manat debitor borcu yaranıb.

Misranə Həsənzadə

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu