Modern.az

“Azərbaycan prezidentinin məktubu Ermənistanın fitnəkar planlarına son qoydu”

“Azərbaycan prezidentinin məktubu Ermənistanın fitnəkar planlarına son qoydu”

Təhsil

2 İyun 2014, 13:32

“Azərbaycan prezidentinin məktubunun Avrasiya İttifaqının təsis konfransında elan edilməsi çox müsbət hadisədir”. Bunu Modern.az-a politoloq Qabil Hüseynli Avrasiya İttifaqının təsis konfransında Azərbaycan prezidentinin məktubunun oxunmasına münasibət bildirərkən deyib. Politoloqun fikrincə, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağı Gömrük İttifaqına üzv etməklə gələcəkdə de-yure tanınan dövlətə çevirmək cəhdləri İlham Əliyevin məktubunun oxunmasından sonra heçə enib:

“Ermənistan istəyirdi ki, Dağlıq Qarabağı da Avrasiya İttifaqına daxil etdirsin və Gömrük İttifaqının qanunlarını da qondarma rejimə şamil etdirməklə onun üçün iqtisadi inkişaf perspektivləri yaratsın. Bundan başqa, Qarabağın de-yure tanınması üçün də addımlar atmaq istəyirdi. Ermənistanın Dağlıq Qarabağı ayrı dövlət kimi təqdim etməsi birinci dəfə deyil. Amma nə Ermənistan, nə də hər hansı başqa dövlət Dağlıq Qarabağı tanımayıb. Bu mənada Azərbaycan prezidentinin məktubunu Avrasiya İttifaqının təsis konfransında elan edilməsi çox müsbət hadisədir. Çünki, birincisi, Ermənistanın fitnəkar planlarına son qoyuldu, ikincisi isə bütün dünyaya göstərildi ki, Azərbaycanın bütün dünyada ciddi diplomatik çəkisi var və bununla hesablaşırlar”.

Qabil Hüseynlinin fikrincə, Serj Sərkisyan Astana səfərindən sonra Dağlıq Qarabağın Gömrük İttifaqına üzvlüyü məsələsində geri çəkilməli olub: “Sərkisyan Yerevana döndükdən sonra Qarabağın Gömrük və Avrasiya ittifaqlarına üzv olmasını planlaşdırmadıqlarını bildirib. Bundan xəbərsiz kimi davranıb. Əvvəl düşündüklərini inkar edib və konfransdan sonra çox pəjmürdə olub. Azərbaycan üçün məsələ çox müsbət nəticələnib”.      

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu