Modern.az

Mübariz Əsgərov: ““Qulp” mənim müəllif verilişimdir, özüm bilərəm nə edəсəm” - AÇIQLAMA

Mübariz Əsgərov: ““Qulp” mənim müəllif verilişimdir, özüm bilərəm nə edəсəm” - AÇIQLAMA

2 İyun 2014, 14:02

“Artıq bir ilə yaxındır, yəni yeni mövsümdən “Qulp” verilişi efirə getmir. Verilişin bağlanma məsələsini Mais Məmmədov həll etmir”. Bunu Modern.az saytına açıqlamasında “Qulp” verilişinin aparıcısı Mübariz Əsgərov deyib.

“Mais müəllimə bir jurnalist və insan kimi çox böyük hörmətim var, amma “Qulp” mənim müəllif verilişimdir. “Qulp” ANS-dən qabaq AzTV-də efirə gedib. Veriliş sadəcə bir müddətə dayanıb. Onun bağlanıb-bağlanmamaq məsələsini mən həll edirəm. Yəqin ki, mən o verilişi bərpa edəcəyəm. Gələn il parlament seçkilərinin ilidir, ola bilsin verilişi də həmin vaxtı elə ANS-in özündə bərpa etdim. Çünki veriliş uzun müddət efirdə yayımlanıb və populyarlıq qazanıb. ANS-də efirə getməyi daha yaxşı olar. Yenə deyirəm, “veriliş efirə gedəcək-getməyəcək” məsələlərini mən həll edirəm. Hələ yay mövsümüdür. Mən götür-qoy edirəm, planlaşdırıram. Ola bilsin, elə ANS-də bərpa olundu”.

M.Əsgərov “Qulp”un müvəqqəti dayanmağının səbəbini də açıqlayıb: “Mən başqa bir layihəni - “Xəzər” televiziyasında efirə gedən “Rezonans”ı hazırlamışdım. Müstəqil studiya yaratdım. Çoxlu telelayihələr hazırlayıb bütün kanallara, o cümlədən ANS-ə verirdim. Yəni “Qulp” verilişinin müvəqqəti bağlanmağının səbəbi işimin çox olmasıdır. Bərpa etməkdə də səbəb odur ki, Azərbaycan teleməkanında başqa yeni satirik-publisistik bir veriliş yoxdur”.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi