“Ermənistan və Dağlıq Qarabağ arasında gömrük məntəqəsi olmayacaq”. Modern.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan deyib. O, Ermənistanın Avrasiya İttifaqına Qarabağsız getdiyini bəyan etməsini isə belə şərh edib:
“Biz Qarabağla hansı beynəlxalq təşkilata daxil olmuşuq? Ümumdünya Ticarət Təşkilatı, MDB-yə?”,deyə erməni nazir suala sualla cavab verib.
Qeyd edək ki, Ermənistan iyun ayının 15-də Avrasiya İttifaqı layihəsi sazişini imzalayacağını bəyan edib.
Aqşin Kərimov