Modern.az

Azərbaycanda yeni fond yaradılacaq

Azərbaycanda yeni fond yaradılacaq

Təhsil

2 İyun 2014, 15:19

Azərbaycanda su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu yaradılacaq. Modern.az-a Milli Məclisin aqrar siyasət komitəsindən verilən məlumata görə, bununla bağlı “Balıqçılıq haqqında” qanuna dəyişiklik təklif olunub. Fond balıq və digər su bioresurslarının artırılması, bərpası, mühafizəsi, balıqçılığın elmi təminatı və inkişafı proqramlarını maliyyələşdirəcək. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılacaq Fondun fəaliyyəti əsasnaməyə ilə tənzimlənəcək.

Eyni zamanda Akvakultura ilə məşğul olanlara da güzəştlər tətbiq olunacaq. Belə ki, Azərbaycanda akvakultra ilə məşğul olan fiziki və hüquqi şəxslərə güzəştlər tətbiq ediləcək Bununla bağlı “Balıqçılıq haqqında” qanuna əlavələr təklif olunub. Əlavəyə görə, AR qanunvericiliyi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən

güzəştlər akvakultura ilə məşğul olan fiziki və hüquqi şəxslərə də şamil olunacaq.

Sənədin parlamentin növbədənkənar sessiyasında müzakirəyə çıxarılacağı gözlənir.

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu