Modern.az

6 yaşı tamam olmayan uşaqların I sinfə qəbulu üçün sənədləri yığılacaq

6 yaşı tamam olmayan uşaqların I sinfə qəbulu üçün sənədləri yığılacaq

Təhsil

2 İyun 2014, 15:25

2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138 min  nəfərdir. Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 6 yaşı tamam olmayan uşaqların bəziləri vaxtından əvvəl orta məktəbə qəbul oluna bilər.
“Təhsil nazirinin 2013-cü il iyulun 17-də imzaladığı 739 nömrəli əmrlə təsdiq edilən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları”na əsasən,  I sinfə vaxtından əvvəl qəbul  hər il 6 yaşı 16 sentyabr - 31 dekabr tarixlərdə tamam olan xüsusi istedadlı şagirdlərə şamil olunur. Həmin şagirdlərin seçilməsi və müvafiq qərar qəbul edilməsi aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrində (idarələrində) və  nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrində yaradılan komissiyalar  tərəfindən aparılır. Qaydalara görə,  valideynlərin ərizələri iyulun 20-dən başlayaraq avqustun 20-dək həmin təşkilatlarda qeydiyyata alınır”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu