Mayın 30-da dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilən Bakı şəhər sakini Əsgər Baxşəliyev mayın 31-də orada dünyasını dəyişib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, mayın 31-də Xəzər rayonu Buzovna qəsəbə sakini Cəmalə Tarverdiyeva, Abşeron rayon sakini Natəvan Mustafayeva, Qobu qəsəbə sakini Yeganə Rüstəmova, Hökməli qəsəbə sakini, azyaşlı Sara Fərzəlili dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər. İyunun 1-də isə Abşeron rayonu Masazır qəsəbə sakini Aynur Alırzayeva, Göygöl rayonu sakinləri Adilə Ələsgərova, Nuriyyə İsmayılova dərmandan zəhərləniblər.
Modern.az