Modern.az

Silahlı Qüvvələr günündə parad olacaq? - Müdafiə Nazirliyindən AÇIQLAMA

Silahlı Qüvvələr günündə parad olacaq? - Müdafiə Nazirliyindən AÇIQLAMA

2 İyun 2014, 15:47

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96 illiyi tamam olur. Bu il hərbi parad keçiriləcəkmi? Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Silahlı Qüvvələr günü münasibətlə müxtəlif tədbirlər keçiriləcək:

“26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı il dönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə, birləşmələrdə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində bir sıra silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Keçiriləcək tədbirlərlə bağlı KİV-ə əlavə geniş məlumat veriləcək”.                                     

Gülşən RAUFQIZI 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi