Modern.az

Təhsil Nazirliyi məktəb direktorlarını imtahan edib

Təhsil Nazirliyi məktəb direktorlarını imtahan edib

Təhsil

2 İyun 2014, 16:00

“2013-cü ilin noyabrından başlayaraq məktəb direktorlarının təlim kursu keçirilib. Təlimlərdə iştirak üçün 800 nəfər müraciət edib. Birinci mərhələdə 200 nəfərin ərizəsi qəbul edilib, 172 nəfər imtahanda, 53 nəfər təlimdə iştirak edib”.
Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Emin Əmrullayev məlumat verib.

O bildirib ki, təlimlərdə təhsil hüququ, kurrikuliumla bağlı məlumatlar verilib. “Eyni zamanda seminarlarda iştirak edən 52 nəfər yekun qiymətləndirmədə iştirak edib, uğurlu nəticə göstərənlər sertifikatla təmin edilib. Bundan sonra rəhbər vəzifələrdə çalışmaq üçün bu imtahanda uğurla iştirak edən şəxslərə imkan veriləcək. İmtahan nəticələri bu həftə sonunda elan ediləcək”.

Rafiq Qənbərov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu