Modern.az

“Böyük İpək Yolu” BGT-nin Üzvlər Şurasının iclası Yunanıstanda keçiriləcək

“Böyük İpək Yolu” BGT-nin Üzvlər Şurasının iclası Yunanıstanda keçiriləcək

Təhsil

2 İyun 2014, 16:16


“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının üçüncü iclası 16-19 iyun 2014-cü il tarixində Yunanıstanın Salonik şəhərində keçirləcək. Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

Üzvlər Şurasının iclasına Yunanıstan Təhsil Nazirliyi, Salonik şəhər meriyası, Azərbaycan Gənclər və İdman Nazirliyi, UNESKO-nun Yunanıstandakı Milli Komissiyası dəstək verib. Üzvlər Şurasının iclasında quruma üzv olan təşkilatlarla yanaşı yeni qurumları  təmsil edən 40 ölkənin nümayəndələri, o cümlədən  beynəlxalq təşkilatlardan olan müşahidəçilərin iştirakı gözlənilir. Üzvlər Şurasının iclası zamanı cari məsələlərin müzakirəsi aparılacaq və 2015-ci il üçün icra planı qəbul ediləcək. “Böyük İpək Yolu” BGT-nin Üzvlər Şurasının iclası Avropa Gənclər paytaxtı 2014-Salonik” proqramı çərçivəsində həyata keçiriləcək.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu