Modern.az

Müəllimlərin imtahan vaxtı açıqlandı - 10-13 iyun

Müəllimlərin imtahan vaxtı açıqlandı - 10-13 iyun

Təhsil

2 İyun 2014, 16:32

Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə təhsil nazirinin 6 may 2014 - cü il tarixli, 526 nömrəli əmrinə əsasən, 10-13 iyun tarixlərində Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi aparılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, qiymətləndirilmənin Bakı şəhərində 4 zona üzrə məktəblərdə, müvafiq günlər ərzində 2 növbədə keçirilməsi nəzərdə tutulub.

Artıq bu həftədən başlayaraq Sınaq Qiymətləndirilməsində iştirak etmək üçün dövlət ümumtəhsil məktəblərinin hər müəlliminin adına buraxılış vərəqəsi göndəriləcək. Buraxılış vərəqələri məktəb rəhbərliyi tərəfindən müəllimlərə çatdırılacaq.

Misranə Həsənzadə

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu