Modern.az

ABŞ Ukrayna ordusu üçün 18 milyon dollar ayıracaq

ABŞ Ukrayna ordusu üçün 18 milyon dollar ayıracaq

Təhsil

2 İyun 2014, 16:53


ABŞ Ukrayna ordusunun gücləndirilməsi üçün bu ölkəyə 18 milyon dollar ayıracaq. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatla Kiyevdə səfərdə olan ABŞ müdafiə nazirinin köməkçisi Derek Sollen çıxış edib.

O bildirib ki, ABŞ Ukraynaya silahlı yardım etmək barədə düşünmür. “Biz başqa şeylərlə Ukrayna ordusuna kömək edəcəyik. ABŞ silah verməyi düşünmür, amma qida, çadır verməklə Ukrayna ordusuna ikiqat kömək etməyi planlaşdırırıq”.

ABŞ Müdafiə Nazirliyinin rəsmisi onu da qeyd edib ki, Fransa, Böyük Britaniya, Polşa da analoji yardımları göstərməyə hazırdır.  

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu