Modern.az

Daxili İşlər Nazirliyi 15 vəzifə üzrə işçi axtarır

Daxili İşlər Nazirliyi 15 vəzifə üzrə işçi axtarır

Təhsil

2 İyun 2014, 18:28
Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsində vakant olan  15 sıravi və kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla bağlı müsabiqədə iştirak etmək üçün «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnaməyə uyğun olaraq, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), əvvəllər məhkum olunmamış, ali və tam orta təhsilli, yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarını dəvət edir.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, xarici dil bilən namizədlərə üstünlük veriləcək. Xidmətə qəbul olunmaq istəyən şəxslər 2014-cü ilin iyun ayının 15-dək iş günləri saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan prospekti 5, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə ərizə ilə müraciət edə bilərlər. Əlavə məlumat almaq istəyənlər (012) 590-92-21 nömrəli şəhər telefonuna zəng edə bilərlər.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu