Müdafiə Nazirliyi Azərbaycan Ordusunun əsgərinin şəhid olması ilə bağlı rəsmi məlumat yayıb.
Müdafiə Nazirliyindən bildirilib ki, iyunun 2-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Nəticədə Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayonundan hərbi xidmətə çağırılmış əsgəri Həsənli Zaur Söhbətdin oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.
Modern.az