Bakıda yerüstü piyada keçidi uçub. Səbail Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Salyan şosesində, Şıx ərazisində, “Min bir gecə” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Həmin ərazidən yükq avtomobili yerüstü piyada keçidinə dəyib. Nəticədə keçid 99-JK-467 dövlət nömrə nişanlı “MAN” markalı yük avtomobilinin üzərinə düşüb. Yol bağlanıb, avtomobillərin böyük tıxacı yaranıb. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, piyada keçidinin uçması nəticəsində 27 yaşlı Lalə Məmmədova, 55 yaşlı Nəzakət Məmmədova və şəxsiyyəti məlum olmayan daha 4 nəfər xəsarət alıb. Xəsarət alan Şəxslər Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxarıblar.
Modern.az